Göyçayda “Tarixi - dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.10.2021 / 16:51

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Tarixi - dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda tədbir keçirilib.

Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Nicat İsmayılov, Göyçay Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülçin Babayeva, rayon Gənclərin İnkişafı və Kariyera Mərkəzinin direktoru Coşqun İsmayılov, Göyçay şəhər məscidi dini icmasının sədri Müşfiq Əsgərov, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib.  Bu dövrdə 70-ə yaxın  məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib. Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan maarifləndirici video-çarxların da nümayiş olunduğu tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunan kitablar tədbir iştirakçılarına təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb. 

             

 

 

 

 

 


Son baxılan xəbərlər

“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
03.12.2021 / 12:11
Ətraflı oxu

Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.10.2019 / 17:36
Ətraflı oxu

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

Press-relizlər
19.01.2018 / 18:16
Ətraflı oxu

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Xəbərlər
01.07.2020 / 10:00
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.08.2018 / 10:52
Ətraflı oxu