Ağcabədidə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub

Press-relizlər / 21.10.2021 / 16:50

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, YAP-ın Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, qazilər, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edildi. O da vurğulanıb ki, bu gün respublikamız iqtisadi, siyasi və hərbi gücü ilə regionda aparıcı rola malikdir.

 


Son baxılan xəbərlər

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib

Press-relizlər
25.06.2021 / 16:36
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri təşkil olunub

Press-relizlər
14.02.2020 / 16:51
Ətraflı oxu

Şəkidə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 14:21
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
01.11.2017 / 17:30
Ətraflı oxu

Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib

Press-relizlər
23.12.2020 / 11:32
Ətraflı oxu

Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib

Press-relizlər
19.06.2020 / 15:12
Ətraflı oxu