Kürdəmirdə “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusu müzakirə olunub

Press-relizlər / 20.10.2021 / 14:10

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda tədbir keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Vətən müharibəsi qazisi, polkovnik-leytenant Qubad Tağıyev, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi, Kürdəmir Olimpiya İdman Kompleksi  və Dövlət Aqrar İnkişaf Mərkəzinin  əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.

Mövzu ilə bağlı çıxışlar zamanı qeyd edilib ki, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. O da vurğulanıb ki, ölkəmizdə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.


Son baxılan xəbərlər

Həyatımızı təhlükəyə atmayaq

Xəbərlər
20.08.2020 / 17:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Press-relizlər
20.12.2018 / 18:00
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb

Press-relizlər
27.11.2014 / 11:22
Ətraflı oxu

“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib

Xəbərlər
30.04.2021 / 16:17
Ətraflı oxu

Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

Press-relizlər
14.11.2017 / 16:01
Ətraflı oxu