Yevlaxda Vətən müharibəsinə həsr olunmuş “Vətən naminə” sənədli filminin nümayiş keçirilib

Press-relizlər / 13.10.2021 / 16:32

Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Yevlax bölgəsi üzrə şöbəsi və YAP Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə DQİDK tərəfindən çəkilən, Vətən müharibəsinə həsr olunmuş “Vətən naminə” sənədli filminin nümayiş keçirilib. 

Tədbirdə YAP Yevlax Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi və Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü sayəsində 30 illik Qarabağ həsrətinə son qoyulduğunu, doğma torpaqlarımızın düşmən əsarətindən azad edilərək, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb. Fərid Vaqifli 44 günlük Vətən müharibəsində xalq-ordu birliyindən danışaraq, bu birliyin qurucusunun Prezident İlham Əliyev olduğunu bildirib. 

Daha sonra YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev və Vətən müharibəsi iştirakçısı, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Samir Kərimov çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xəbərlər
27.10.2021 / 17:08
Ətraflı oxu

Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən ...

Xəbərlər
01.03.2021 / 11:18
Ətraflı oxu

Komitə sədri: “Ermənilər Qarabağda Qafqaz Albaniyasına aid abidələri qriqoryanlaşdırmağa çalışıblar”

Xəbərlər
26.02.2021 / 12:39
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan ...

Xəbərlər
09.10.2018 / 14:27
Ətraflı oxu

Gülənçilik (FETÖ) - mahiyyəti, məqsədi və fəaliyyət istiqamətləri

Xəbərlər
08.09.2016 / 15:10
Ətraflı oxu

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Xəbərlər
14.11.2019 / 17:19
Ətraflı oxu