Zərdabda “Milli-mənəvi dəyərlərin təbliğində qadınların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.10.2021 / 16:44

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində qadınların rolu” adlı  tədbir keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. O da vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin təşəkkülündə və yaşadılmasında qadınlarımızın təkzibedilməz böyük rolu var.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

             


Son baxılan xəbərlər

Saatlıda “Gender bərabərliyi-insan hüquqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.12.2021 / 16:08
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu

Masallıda “Azərbaycan tolerantlığın məkanıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.01.2018 / 17:09
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Xəbərlər
13.03.2020 / 14:55
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
06.08.2019 / 17:12
Ətraflı oxu

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
26.12.2018 / 17:51
Ətraflı oxu