Kürdəmirdə “Tarixi dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusu müzakirə olunub

Press-relizlər / 12.10.2021 / 16:07

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tarixi dini abidələrimizə qarşı erməni vandalizmi” adlı dəyirmi masa keçirilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə təşkilatçı qurumların əməkdaşları, din xadimləri və rayonun fəal gəncləri, məktəb şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. O da bildirilib ki, Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

             

 


Son baxılan xəbərlər

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir baş tutub

Xəbərlər
12.08.2021 / 17:26
Ətraflı oxu

DQİDK hüquq-mühafizə orqanları ilə birgə Kürdəmirdə tədbir keçirib

Arxiv
19.10.2016 / 16:19
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

Xəbərlər
19.01.2021 / 10:29
Ətraflı oxu