
Press-relizlər / 12.10.2021 / 12:19
Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Oğuz rayonu Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz Tədris Mərkəzində “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, Tədris mərkəzinin rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı bu kimi tədbirlərin əhəmiyyətindən danışılıb.Vurğulanıb ki, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Əslində, dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.