Mübariz Qurbanlı: “İşğaldan azad olunan ərazilərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus tarixi-dini abidələrin bərpası işlərinə başlanılıb”

Press-relizlər / 12.10.2021 / 12:07

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Heydər Əliyev Fondunun xalqımıza məxsus mədəni-dini irsin yenidən dirçəldilməsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yap.org.az saytına müsahibəsində bildirib. Komitə sədri deyib ki, 30 illik işğaldan sonra azad olunan ərazilərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus tarixi-dini  abidələrin  bərpası işlərinə başlanılıb: “Prezident İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Yuxarı Gövhər Ağa məscidinin təmir olunması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, “Qazançı” kilsəsində bərpa işlərinin aparılması  və s. Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərləri yüksək qiymətləndirdiyini göstərir”.

Mübariz Qurbanlı qeyd edib ki, bu il oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada  ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi Azərbaycan dövlətinin bütün dinlərə  hörmətlə yanaşdığını  ifadə edir.

Son baxılan xəbərlər

Ənənəvi İslamın təbliğində dini icmaların rolu müzakirə edilib

Press-relizlər
26.01.2018 / 10:40
Ətraflı oxu

Qubada “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib

Press-relizlər
07.10.2021 / 16:00
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

17 noyabr Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2020 / 10:30
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
03.10.2017 / 16:57
Ətraflı oxu

Göyçayda "Aprel şəhidlərinin yolu gənclərə nümunədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.04.2018 / 17:33
Ətraflı oxu