Göyçayda din xadimləri “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunu müzakirə ediblər

Press-relizlər / 11.10.2021 / 17:46

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik”  mövzusunda tədbir keçirilib.

Göyçay şəhər “Mərkəz” məscidində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlıya qürurverici təəsüratlar bəxş etdi. Tarixi Zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, rəşadətli Azərbaycan Ordusunun, eləcə də xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq ...

Xəbərlər
04.05.2022 / 11:49
Ətraflı oxu

Dövlət Komitəsində Anım tədbiri keçirilib

Press-relizlər
27.09.2021 / 17:10
Ətraflı oxu

Biləcəridə yerləşən “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
05.08.2022 / 17:20
Ətraflı oxu

Masallıda “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.06.2022 / 16:42
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Press-relizlər
26.07.2022 / 14:05
Ətraflı oxu

Bərdədə "Heydər Əliyev və mənəvi dəyərlərimiz" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
21.07.2022 / 14:43
Ətraflı oxu