Məktəblilər arasında maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 07.10.2021 / 16:05

Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran  bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Lənkəran şəhəri Həzi Aslanov adına 3 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktor müavini Səadət Hüseynova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib

Press-relizlər
15.05.2019 / 17:08
Ətraflı oxu

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın geniş iclası keçirilib

Xəbərlər
09.12.2015 / 11:30
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Bakıda “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.11.2022 / 17:11
Ətraflı oxu

Şimal-qərb regionundakı məscid və kilsələrdə Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
10.11.2022 / 10:44
Ətraflı oxu

Kürdəmirdə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib

Press-relizlər
30.03.2021 / 15:38
Ətraflı oxu