Qubada “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib

Press-relizlər / 07.10.2021 / 16:00

Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzi və şəhər “Cümə məscidi” dini icmasının birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” adlı tədbir təşkil olunub. 

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev, din xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. O da qeyd edilib ki, Prezident İlham Əliyevin Şuşa, Ağdam şəhərləri azad olunduqdan sonra məscidləri ziyarət etməsi, Şuşada yeni məscidin təməlini qoyması ölkə rəhbərliyinin mənəvi və dini dəyərlərə verdiyi yüksək qiymətin təzahürüdür.


Son baxılan xəbərlər

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Dövlət-din münasibətləri: istiqamətlər və hədəflər

Xəbərlər
03.12.2020 / 17:07
Ətraflı oxu

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət edir

Xəbərlər
02.06.2021 / 10:32
Ətraflı oxu

“Könüllü fəaliyyət” layihəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Könüllü fəaliyyət
06.05.2019 / 15:28
Ətraflı oxu