Prezident İlham Əliyev: "Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq"

Xəbərlər / 04.10.2021 / 12:08

Prezident İlham Əliyev Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində və rus-pravoslav kilsəsində olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.

Dövlətimizin başçısı dedi: Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar.

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Buranı özləri suvayıblar ki, alban-udi kilsəsi olduğu bilinməsin. Yəni, saxtakarlıq ediblər.

Prezident İlham Əliyev: Ancaq saxtakarlıq. Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar.

Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan Prezident İlham Əliyev dedi: Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.

Bu binalar isə onların hərbi hissəsi olub.

(AzərTAC)

 

 


Son baxılan xəbərlər

Lənkəranda “Sağlam həyat tərzi, sağlam düşüncə” mövzusunda tədbir keçirilib

Xəbərlər
14.01.2022 / 15:07
Ətraflı oxu

Prezident İlham Əliyev: "Dini məkanlar hər kəs üçün müqəddəsdir"

Xəbərlər
20.12.2021 / 13:25
Ətraflı oxu

Goranboyda “Azərbaycanda tolerantlıq həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.02.2017 / 15:43
Ətraflı oxu

Mübariz Qurbanlı: Yer üzünə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə ...

Xəbərlər
21.10.2020 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
31.01.2020 / 17:00
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu