Ağcabədidə Vətən müharibəsinin şəhidləri anılıb

Press-relizlər / 24.09.2021 / 16:52

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım günü ilə bağlı  “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, yazıçı-publisist Şirxan Hüseynov və başqaları iştirak ediblər.

Çıxışlarda tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolu xüsusi ilə vurğulanıb. Qeyd edilib ki, 44 günlük müharibədə qazandığımız qələbənin əsasında cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti dayanır.

Çıxışlardan sonra Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş kitab sərgisi və yerli rəssamların şəhidlərə həsr olunmuş əl işləri də nümayiş olunub.

 


Son baxılan xəbərlər

Quba bölgəsində Xocalı soyqırımı qurbanları yad edildi

Press-relizlər
26.02.2016 / 17:18
Ətraflı oxu

Qarabağda yeni mərhələnin başlanğıcı: Azərbaycanın birgəyaşayış təcrübəsi

Press-relizlər
28.09.2023 / 10:18
Ətraflı oxu

Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.05.2016 / 09:14
Ətraflı oxu

Şagirdlərlə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

Press-relizlər
01.06.2022 / 16:45
Ətraflı oxu

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu