
Press-relizlər / 23.09.2021 / 13:03
Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov mövzunun əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, hər bir millətin özünəməxsus dəyərləri mövcud olduğu kimi xalqımız da minillər boyu formalaşmış dəyərlərə sahibdir. Biz həmin dəyərləri yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov isə çıxışında qeyd edib ki, uşaqların keyfiyyətli təhsil alması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Uşaqlara milli-mənəvi dəyərlərin aşılanması və onların azərbaycançılıq ruhunda tərbiyə edilməsi təhsilimizin ən başlıca prioritet məsələlərindəndir.
Daha sonra rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Seyfəddin Feyzullayev, Uşaq-Gənclər İnkişaf mərkəzinin müdiri Sevinc Rəhimova və başqaları mövzu ilə bağlı çıxışlarlar ediblər.