Qobustanda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər / 23.09.2021 / 12:48

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda onlayn tadbir keçirilib.

Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov, Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, məktəb direktorları və fəal gənclər iştirak ediblər.

Çıxışlar zamanı erkən nikahın səbəblərindən və doğurduğu mənfi fəsadlardan geniş şəkildə bəhs olunub. Bu cür halların baş verməməsi üçün rayon ictimaiyyəti qarşısında duran əsas vəzifələr vurğulanaraq gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin erkən nikah kimi arzuolunmaz hallara qarşı ən yaxşı mübarizə üsulu olduğu qeyd olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Masallıda “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq ...

Press-relizlər
26.10.2018 / 17:20
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların rolu

Press-relizlər
24.08.2017 / 17:42
Ətraflı oxu

Saatlıda “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
27.01.2021 / 17:09
Ətraflı oxu

Ağcabədi Pedaqoji Kollecində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
27.04.2018 / 15:00
Ətraflı oxu

Oğuzda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
12.11.2019 / 15:52
Ətraflı oxu