
Press-relizlər / 22.09.2021 / 17:58
Sentyabrın 22-də Hacıqabul rayonunda "Vətən müharibəsindəki qələbəmizdə milli – mənəvi dəyərlərin rolu" mövzusunda onlayn konfrans keçirilib.
Tədbridə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Mədəniyyət Mərkəzinin rəhbəri Mehdiqulu Fərəcov, YAP Hacıqabul rayon təşkilatının əməkdaşı İsmayıl İbrahimov, eyni zamanda təhsil işçiləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan Respublikasıının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu 30 illik Qarabağ nisgilimizə 44 gündə son qoydu. Bu haqq savaşından alnıaçıq, üzüağ çıxaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. O da vurğulanıb ki, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.