
Press-relizlər / 22.09.2021 / 15:45
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq bölgənin din xadimləri Quba şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin bölgə qazıları, səlahiyyətli nümayəndələri, din xadimləri, dini icma sədrləri, dindarlar və şəhid valideynləri iştirak ediblər.
Anım mərasimində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdə əsgərlərimizin misilsiz qəhrəmanlıqlarından bəhs ediblər.
O da vurğulanıb ki, Ali Baş Komandanımızın "dəmir yumruğ"u, Milli Ordumuzun yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə və döyüşdə təslim olmasına gətirib çıxardı.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri anım mərasiminin təşkilatçılarına təşəkkürlərini bildiriblər.