Qubada 27 sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub

Press-relizlər / 22.09.2021 / 15:45

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq bölgənin din xadimləri Quba şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin bölgə qazıları, səlahiyyətli nümayəndələri, din xadimləri, dini icma sədrləri, dindarlar və şəhid valideynləri iştirak ediblər. 

Anım mərasimində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdə əsgərlərimizin misilsiz qəhrəmanlıqlarından bəhs ediblər. 

O da vurğulanıb ki, Ali Baş Komandanımızın "dəmir yumruğ"u, Milli Ordumuzun yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə və döyüşdə təslim olmasına gətirib çıxardı.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri anım mərasiminin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

 

 


Son baxılan xəbərlər

Vətən sevgisi imandandır

Press-relizlər
17.05.2018 / 14:41
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portallarında nəşr olunub

Press-relizlər
21.12.2020 / 15:35
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir baş tutub

Xəbərlər
12.08.2021 / 17:26
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu