Masallıda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib

Press-relizlər / 14.09.2021 / 15:59

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Masallı rayonunda pandemiya qaydalarını gözləməklə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Çıxışlarda məişət zorakılığına qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün ümdə vəzifəsi olması da önə çəkilib.

 


Son baxılan xəbərlər

Azərbaycanda dinlər və məzhəblərarası həmrəylik mühiti dünyaya nümunə kimi göstərilir

Press-relizlər
05.12.2018 / 16:32
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
04.02.2020 / 14:36
Ətraflı oxu

“Vətənpərvərlik və dini dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2018 / 15:31
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusu müzakirə edilib

Xəbərlər
23.09.2021 / 13:53
Ətraflı oxu

Gündüz İsmayılov: “İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər”

Açıqlama
23.02.2021 / 11:08
Ətraflı oxu