Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 134 illiyi qeyd olunub

Xəbərlər / 13.09.2021 / 13:29

Sentyabrın 12-də Gəncədə fəaliyyət göstərən Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 134 illiyi qeyd olunub. Kilsənin yaradılması ilə bağlı ibadət ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.

Bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və Bakı və Azərbaycan Yeparxiyası rəhbərinin birinci köməkçisi, Yeparxiyanın Qərb bölgəsi üzrə rəhbəri, Müqəddəs Məryəm Ananın Mövludu ("Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsi) kilsəsinin baş keşişi, proteiyerey Antoniy Dolinin kilsədə olub, kilsənin baş keşişi Varfolomey Denis Sotnikovla görüşüblər.

Qeyd edək ki, məbəd 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır.

Bizans üslubunda plint kərpicdən tikilmiş məbəd mənbələrə görə 1916-cı ildə kafedral statusuna sahib idi. 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanmış, 1935-1938-ci illərdə muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir yerə (məscidə) köçürülmüş və kafedral anbar kimi istifadə edilmişdir. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılmışdır.

Kilsənin qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.


Son baxılan xəbərlər

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

17 noyabr Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2020 / 10:30
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı ərəb dilində çap edilib

Kitablar
27.10.2017 / 15:47
Ətraflı oxu

DQİDK-nın ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə ...

Xəbərlər
06.09.2021 / 15:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Press-relizlər
24.04.2019 / 12:54
Ətraflı oxu

Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
10.12.2019 / 16:02
Ətraflı oxu