Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın hesabat iclası keçirilib

Xəbərlər / 10.09.2021 / 18:10

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın hesabat iclası keçirilib.

Hesabatdan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb. Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran G.İsmayılov İctimai Şuranın bu sahədə gördüyü işlərin əhəmiyyətindən söhbət açıb, İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib. 

Daha sonra İctimai Şuranın Hesabat iclası keçirilib. Şura sədri Sevinc Alızadə 5 aylıq Hesabatı təqdim edərək, görülən işlərdən və təşkil edilən görüşlərdən danışıb. İclasda həmçinin, İctimai Şuranın cari məsələləri müzakirə edilib, görüləcək işlər ilə bağlı rəy və təkliflər səsləndirilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət ...

Xəbərlər
27.09.2021 / 10:49
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2019 / 16:43
Ətraflı oxu

Gəncədə Vətən müharibəsindəki qələbəmizə həsr olunan seminar-müşavirə baş tutub

Xəbərlər
23.09.2021 / 17:23
Ətraflı oxu

Cəlilabadda "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusu müzakirə edilib

Press-relizlər
19.02.2020 / 17:05
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin BƏYANATI

Bəyanat
06.09.2021 / 15:32
Ətraflı oxu

“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
11.06.2019 / 16:50
Ətraflı oxu