Bakıda "Milli birliyin möhkəmləndirilməsində mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub

Press-relizlər / 07.09.2021 / 16:08

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Suraxanı Rayon İcra Hakimiyyəti, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə "Milli birliyin möhkəmləndirilməsində mənəvi dəyərlərin rolu" adlı vebinar keçirilib.

MDTF-nin icraçı direktor müavini Ceyhun Əliyev, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, QMİ-nin səlahiyyətli nümayəndəsi və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aqil Əlisoy mövzunun əhəmiyyətindən danışıb. Şöbə əməkdaşı bildirib ki, 44 günlük Zəfər müharibəsinin ilk günündən Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız birlik nümayiş etdirərək düşmən üzərində qələbə qazandı.

MDTF-nin icracı direktoru Ceyhun Əliyev çıxışında deyib ki, biz bir xalq olaraq öz milli kimliyimizə, mənəvi, eləcə də dini dəyərlərimizə sahibik. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq ənənələrinin, multikulturalizm modelinin və mənəvi dəyərlərimizin təbliği sahəsində ölkə rəhbərliyinin, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

Digər natiqlər də mövzu ilə bağlı ətraflı çıxış edərək, bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.

Tədbir çıxışlarla öz işini yekunlaşdırıb.

 

 

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Yəhudi Teleqraf Agentliyinə müsahibə verib

Xəbərlər
16.12.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsində Anım tədbiri keçirilib

Press-relizlər
27.09.2021 / 17:10
Ətraflı oxu

«Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib

Press-relizlər
05.12.2014 / 17:19
Ətraflı oxu

“MƏİŞƏT ZORAKILIĞI çıxış yolu var!” adlı maarifləndirici jurnal çap olunub

Xəbərlər
07.04.2022 / 14:57
Ətraflı oxu

Zərdabda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
20.09.2021 / 17:48
Ətraflı oxu