Gəncədə yəhudilərin Yeni il bayramı olan “Roş-Ha-Şana” qeyd edilib

Xəbərlər / 07.09.2021 / 15:34

Gəncədə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib. Bayram tədbirində Gəncə şəhər Yəhudi dini icmasının üzvləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Roş-Ha-Şana” bayramının yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirdiyini bildirib.

Gəncə şəhər Yəhudi dini icmasının sədri Arif Babayev qeyd edib ki, Azərbaycan tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilir. Yəhudi icmasının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı özünəməxsusluğu, Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirməsi də məhz bundan xəbər verir.

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəraitdə təşkil olunan tədbir bayram süfrəsi ətrafında davam edib.

Qeyd edək ki, “Roş-Ha-Şana” yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı hesab olunur. Bayram günündə dualar oxunur, ehtiyacı olanlara əl tutulur, Tanrıdan günahların bağışlanması dilənir. Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

AZƏRTAC


Son baxılan xəbərlər

Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Press-relizlər
11.09.2018 / 11:02
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.12.2019 / 15:20
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
12.12.2019 / 10:25
Ətraflı oxu

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
18.02.2020 / 16:32
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Prezident İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Xəbərlər
12.10.2014 / 15:56
Ətraflı oxu