"Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusu müzakirə olunub

Press-relizlər / 02.09.2021 / 11:19

Sentyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" adlı vebinar keçirilib.

MDTF-nin icracı direktoru Mehman İsmayılov, QMİ-nin bölgə qazıları, rayonlar üzrə səlahiyyətli nümayəndələri və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri bildirib ki, dini siyasiləşdirərək ondan alət kimi istifadə edən bəzi radikal qüvvələr öz məqsədləri naminə bir çox ölkələrdə daxili münaqişələr yaradırlar.

MDTF-nin icracı direktoru Mehman İsmayılov çıxışında deyib ki, biz bir xalq olaraq öz milli kimliyimizə, mənəvi, eləcə də dini dəyərlərimizə sahibik. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq ənənələrinin, multikulturalizm modelinin və mənəvi dəyərlərimizin təbliği sahəsində ölkə rəhbərliyinin, o cümlədən  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Natiq deyib ki, Azərbaycan dövləti hər zaman mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dəstək göstərir.

Digər natiqlər də mövzu ilə bağlı ətraflı çıxış edərək, bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.

Tədbir çıxışlarla öz işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı müşavirə keçirilib

Press-relizlər
17.06.2015 / 16:35
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
17.10.2019 / 17:28
Ətraflı oxu

Bölgələrdə “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
29.05.2019 / 14:01
Ətraflı oxu

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.04.2019 / 17:40
Ətraflı oxu

Biləsuvarda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
12.04.2019 / 17:29
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu