Azərbaycanda səfərdə olan Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Xəbərlər / 26.08.2021 / 11:51

Azərbaycanda səfərdə olan Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 26-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC


Son baxılan xəbərlər

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.04.2019 / 17:40
Ətraflı oxu

Dəmir yumruğun təntənəsi

Xəbərlər
09.05.2021 / 09:25
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizə və maarifləndirimə” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.06.2019 / 12:50
Ətraflı oxu

Xurafatla mübarizədə təhsilin rolu

Press-relizlər
11.08.2017 / 16:28
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
18.10.2017 / 16:20
Ətraflı oxu

Zərdabda Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda ...

Press-relizlər
15.05.2018 / 17:28
Ətraflı oxu