Press-relizlər / 13.08.2021 / 12:34
Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Qobustan rayon Gənclər və İdman İdarəsi və Qobustan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgə yaşayışın mühüm şərtidir” mövzusunda onlayn seminar keçirilib.
Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elman Salmanov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycanda qədim zamanlardan ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayıb, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb, etnik xüxusiyyətlərini, dinlərini, adət- ənənələrini qoruyub saxlayıblar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilib, bu gün də ölkəmizdə dini dözümlüyün möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.