"Pandemiya dönəmində məscidlərdə ibadətlərin icra olunması" mövzusu müzakirə edilib

Xəbərlər / 12.08.2021 / 17:54

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin Quba və Şabran bölgələri üzrə qazılıqlarının  birgə təşkilatçılığı ilə Quba şəhəri "Ərdəbil" məscidində bölgənin aparıcı din xadimlərinin iştirakı ilə "Pandemiya dönəmində məscidlərdə ibadətlərin icra olunması" adlı seminar keçirilib.

Tədbirdə şöbə müdiri Eynulla Nurullayev, bölgə qazısı Naib Səttarov və din xadimləri iştirak ediblər.

Şöbə müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki,  koronavirus xəstəliyi son zamanlar ölkə ərazisində daha sürətlə yayılır. Ona görə də məscidlərimizdə pandemiya ilə əlaqədar müəyyən olunmuş qaydalara daha ciddi riayət olunmalıdır. Hazırda Məhərrəm ayı olduğundan mərasimlərin kütləviliyini nəzərə almaqla pandemiya qaydaları tətbiq olunmalıdır.

Sonda din xadimlərinə DQİDK tərəfindən istehsalına icazə verilən dini maarifləndirici ədəbiyyat paylanılıb.

Son baxılan xəbərlər

Qubada dini icmalar üçün ikigünlük regional konfransın işi yekunlaşıb

Xəbərlər
17.09.2014 / 16:10
Ətraflı oxu

“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib

Xəbərlər
25.06.2021 / 16:32
Ətraflı oxu

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu

Gəncədə “Dini ekstremizm və onun fəsadları” mövzusu müzakirə edilib

Xəbərlər
18.01.2022 / 16:00
Ətraflı oxu

Ağdamda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
05.09.2018 / 12:56
Ətraflı oxu

Misirin nüfuzlu portalında DQİDK əməkdaşının məqaləsi nəşr olunub

Xəbərlər
24.09.2020 / 17:38
Ətraflı oxu