Göyçayda maarifləndirici tədbir baş tutub

Xəbərlər / 12.08.2021 / 17:26

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK, Gənclər Evinin əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin mahiyyəti, din pərdəsi altında radikal dini cərəyanların aqressiv təbliğat metod və vasitələri, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib.

Daha sonra gənc nəsil arasında maarifləndirmə və təbliğat işinin aparılmasının vacibliyindən danışılıb, keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

Qaxda 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Xəbərlər
29.01.2021 / 17:21
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
31.10.2018 / 17:25
Ətraflı oxu

“Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” adlı elmi konfrans keçirilib

Multikulturalizm
25.10.2016 / 15:28
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Amerikanın Səsi"nə müsahibə verib

Müsahibələr
28.04.2015 / 12:17
Ətraflı oxu