Zaqatalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Press-relizlər / 12.08.2021 / 15:21

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri Gülnigar Məmmədova, Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, din xadimləri, dini icma sədrləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə digər sahələrdə olduğu kimi dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür. Vurğulanıb ki, Azərbaycanda dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, dini, milli, irqi və məzhəb ayrı-seçkiliyə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da bildirilib ki, bir çox xalqların və  müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə, mehriban şəraitdə yaşayırlar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 


Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə üçüncü Əlavə Görüşündə çıxış edib

Press-relizlər
11.11.2020 / 11:25
Ətraflı oxu

İslam həmrəyliyinə doğru

İSLAM HƏMRƏYLİYİ İLİ
07.03.2017 / 12:31
Ətraflı oxu

Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
04.04.2019 / 14:14
Ətraflı oxu

Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

Xəbərlər
25.09.2019 / 16:34
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
01.11.2019 / 10:01
Ətraflı oxu

6 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.05.2015 / 12:54
Ətraflı oxu