
Press-relizlər / 11.08.2021 / 16:02
Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə bölgənin ərazisinə daxil olan şəhər və rayonların rəsmi din xadimləri və icma sədrlərinin iştirakı ilə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda onlayn regional seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbə əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev ölkəmizin multikultural və tolerant dəyərlərə sahib olduğunu və Prezident İlham Əliyev tərəfindən milli-dini dəyərlərimizə, dini bayram və mərasimlərin keçirilməsinə xüsusi önəm verildiyini qeyd edib. Xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən tolerantlıqdan və Məhərrəmlik ayının tarixindən bəhs edən şöbə müdiri, eyni zamanda, Aşura mərasimlərinin mövcud qaydalara uyğun olaraq keçirilməsinin vacibliyinə toxunub.
Yevlax şəhər "Cümə" məscidinin imamı Eldəniz Əhmədov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər "Heydər" məscidinin imam müavini Bəhruz Əhmədov, Bərdə rayon Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.