Goranboyda Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Xəbərlər / 11.08.2021 / 15:50

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə və Komitənin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov dövlətin İslam dini icmaları ilə yanaşı,  qeyri-müsəlman dini icmalarına da hörmət və qayğı ilə yanaşdığını qeyd edərək, bunu Azərbaycanın tolerant ölkə olması ilə əlaqələndirib. Cəmiyyət arasında düzgün dini maarifləndirmənin aparılmasında, dinin olduğu kimi topluma çatdırılmasında din xadimlərinin üzərinə böyük vəzifə düşdüyünü bildirən Rəsul Həşimov din xadiminin təhsilli olmasının vacibliyindən söz açıb.

Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli demokratik inkişaf yolunu seçmiş multikultural və tolerantlığı ilə tanınan Azərbaycan Respublikası üçün dini etiqad azadlığının ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək Ümummili Liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləndiyini vurğulayıb. O, dövlətin dini icmaların fəaliyyətinin yaxşılaşdırılması üçün onlara bütün zəruri dəstəyi verdiyini vurğulayaraq Dövlət Komitəsinin fəaliyyəti və sifarişi ilə nəşr olunan müxtəlif adda çoxsaylı dini təyinatlı ədəbiyyatların önəmindən və mahiyyətindən bəhs edib. Sonda tədbir iştirakçılarına nümayiş edilən dini təyinatlı ədəbiyyatlar barədə ətraflı məlumat verilərək, kitab hədiyyələri təqdim edilib.

 


Son baxılan xəbərlər

Siyəzəndə “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.11.2017 / 15:05
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”

Müsahibələr
28.02.2020 / 17:33
Ətraflı oxu

Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

Press-relizlər
07.09.2017 / 15:06
Ətraflı oxu

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.10.2019 / 16:41
Ətraflı oxu

“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib

Xəbərlər
19.04.2021 / 16:41
Ətraflı oxu