Şriftin ölçüsü:

Saytın rəngi:

İlham Fərhad oğlu Qəribov

Göyçay bölgəsi üzrə şöbə

Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarını əhatə edir. Şöbənin mərkəzi Göyçay şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Göyçay şəhəri, N. Nərimanov küçəsi 32, AZ2300

(020) 274 19 53

E-mail: dk-goychay@scwra.gov.az