Şriftin ölçüsü:

Saytın rəngi:

Anar Xanoğlan oğlu Kazımov

Bakı şəhəri üzrə şöbə

Dövlət Komitəsinin Bakı şəhəri üzrə  şöbəsi əhatə etdiyi ərazidə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir. 

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır. Şöbənin əhatə etdiyi əraziyə paytaxtın 12 inzibati rayonu, eləcə də Şuşa şəhəri daxildir. Şöbənin 12 əməkdaşı var. 

 

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 7, AZ1123

Telefon: (012) 437 31 15

E-mail: dk-baki@scwra.gov.az