Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.

“İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibdə formalaşdırılması üçün birgə yığıncaq (səsvermə) keçiriləcək.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları 05.03.2021-ci il tarixinədək Dövlət Komitəsinə müraciət edə bilərlər. Sənədlər Dövlət Komitəsinin elektron poçt ünvanına (dk-public@scwra.gov.az) göndərilməlidir.

Məlumat üçün bildirək ki, təmsilçilərinin (hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə) səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə Komitə yanında İctimai Şuranın Seçki Komissiyasına aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

-səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

-vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

-təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

-səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

Qeyd edək ki, İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb: 

1. Cəfərova Aynurə Asim qızı, “Sülhə Çağırış Tolerantlığa Dəstək” İctimai Birliyinin sədri;

2. Çobanzadə Elçin Əlişah oğlu, “Gənclərin  Mədəniyyətlərarası  Əməkdaşlıq  liqası” İctimai Birliyinin sədri;

3. Mehdiyev Nurəddin Səftər oğlu, “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosasiyası İctimai Birliyinin sədri;

4. Əfəndiyev Nizami Həmzət oğlu Gəncliyə Yardım Fondu Təhsil şöbəsinin məsləhətçisi;

5. Məmmədova Nüşabə Ələsgər qızı, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri;

6. Zeyni Rauf Xurşud oğlu, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;

7. Alızadə Sevinc Əsgərxan qızı,  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri;

8. Əndəlifov Şükür Sahib oğlu, vətəndaş;

9. Talışınski  Elvin Bəhruz oğlu, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri;

10. Bayramov Çingiz İbrahim oğlu, Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri;

11. Sadıqlı Vasif İbrahim oğlu, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin  sədri.

DQİDK yanında İctimai Şuraya seçkilər isə mart ayının 15-də saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.