Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Elşad İskəndərov: "Qarabağ ərazisində olan kilsə, monastır və məktəblər alban kilsəsinin mülkiyyətidir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İstanbulda səfərdədir. 
O, media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda və Türkiyədə dini tolerantlıq tarixi köklərə əsaslanır. İki qardaş ölkə bütün sahələrdə olduğu kimi, dini məsələlərdə də eyni mövqedən çıxış edirlər.
Azərbaycanın zəngin tarixindən danışan komitə sədri bildirib ki, müxtəlif dövrlərdə ölkəmizdə səmavi dinlərin hər biri yer alıb. Qafqaz Albaniyasında xristianlıq hələ IV əsrdə yayılmağa başlamış və on beş əsr davam edib: "Yalnız XIX əsrdə Rusiya çarının fərmanı ilə alban kilsəsi erməni Qriqoryan kilsəsinə təhvil verilib. Qarabağ ərazisində olan kilsə, monastır və məktəblər də alban kilsəsinin mülkiyyətidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl bunların sayı 25 idi və ermənilər işğaldan sonra onların üzərindəki yazıları və tarixləri dəyişiblər. Bu kilsələrin üzərindəki albanlara məxsus xaç da dəyişdirilib, erməni kilsəsindəki xaç formasına salınıb".

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Elşad İskəndərov: "Qarabağ ərazisində olan kilsə, monastır və məktəblər alban kilsəsinin mülkiyyətidir"

    11 Oktyabr 2012 22:34