Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bakıda tikilən məscid ölkədə ən hündür ibadət evi olacaq

Bakının Binəqədi rayonunda yeni məscid kompleksinin tikintisinə start verilib.  İbadət evi 9-cu mikrorayonda, Həmzə Babaşov küçəsində yerləşəcək.
İslam.az-ın “Media forum”a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin avqust ayında verdiyi sərəncamla yeni məscid kompleksinin layihələndirmə və tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Bu məqsədlə dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb.
Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir.
Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.
Məscidin bir ilə təhvil veriləcəyi gözlənir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bakıda tikilən məscid ölkədə ən hündür ibadət evi olacaq

    11 Oktyabr 2012 22:33