Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mübariz Qurbanlı: “Cahillik, savadsızlıq olan yerdə radikalizm yaranır”

“Bəşəriyyət tarixində din o zaman radikalizm və ekstremizm çalarları qazanır ki, din birbaşa siyasətə qarışır. Dövlət teokratik hakimiyyət forması alır. Din vicdan azadlığı və mənəvi məfhum kimi qalsaydı, insanlar din pərdəsi altında bir-biri ilə mübarizə etməzdilər”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizmə qarşı mübarizə: plüralizm təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzulu plenar iclasda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bu gün yalnız din pərdəsi altında deyil, eyni zamanda ayrı-ayrı dinlərin öz içərisində də mübarizə gedir. Onun fikrincə, dini maarifçiliyə, təhsilə diqqət yetirilməlidir. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və bunun fəsadları özünü büruzə verir.
M. Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycan dini tolerant ölkə kimi nümunə olacaq səviyyədədir. Onun sözlərinə görə, ölkədə dini cərəyanların ayrı-ayrı qolları sərbəst şəkildə fəaliyyət göstərir: “Dövlətlər də dinə münasibətdə ayrı-seçkilik salmamalıdır. Bizim dövlətimiz hər il büdcədən müxtəlif dini icmalara köməklik göstərir. Azərbaycanda əhalinin 96%-i müsəlmandır, yalnız 4%-i müxtəlif dinlərin nümayəndələridir. Buna baxmayaraq, bütün dinlər üçün ölkədə lazımi şərait yaradılıb”.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mübariz Qurbanlı: “Cahillik, savadsızlıq olan yerdə radikalizm yaranır”

    18 May 2015 20:42