Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Tərtərdə və Gəncədə dini radikalizmlə mübarizə mövzusunda tədbirlər keçirilib

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirici xarakterli silsilə tədbirləri davam edir.  Növbəti tədbirlər Tərtər rayonu və Gəncə şəhərində keçirilib. Regional xarakter daşıyan seminarlarda Tərtər, Goranboy rayonları, Naftalan, Şuşa  və Gəncə şəhərləri polis idarələrinin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.
Seminarlarda DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, Polis Akademiyasının dosenti Hikmət Eyvazov "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edərək, bəzi qeyri-ənənəvi dini cərəyan mənsublarının ölkəmizdə mövcud tolerantlıq mühitini və ictimai sabitliyi pozmağa yönəlik fəaliyyətinə diqqəti cəlb edib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə mövcud dini durum, dövlət-din münasibətləri, dini etiqad azadlığını təmin edən qanunvericilik bazası haqqında ətraflı çıxış edib. S. Salahlı vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və dövlətçilik prinsiplərini qorumaq hər bir vətəndaşın borcudur.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Tərtərdə və Gəncədə dini radikalizmlə mübarizə mövzusunda tədbirlər keçirilib

    03 Aprel 2015 16:00