Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ramazan Bayramı ərəfəsində Ümummilli Liderin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilmişdir

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ölkənin dini icmaların fəallarından ibarət heyət Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir. 

Ramazan bayramı münasibəti ilə təşkil edilən ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dövlət Komitəsinin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak etmişlər. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilmiş, məzarlarıı önünə əklil və tər gül dəstələri qoyulmuşdur. Dini icma nümayəndələri tərəfindən edilən dualarla, müasir Azərbaycan dövlətnin banisi və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirələri yad edilmişdir. 

Daha sonra Dövlət Komitəsinin nümayəndələri və dini icma rəhbərləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, dualar etmişlər. 

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində ay boyunca Dövlət Komitəsinin nümayəndləri, dini icma fəalları və ictimayyətin təmsilçiləri ilə birgə, ölkənin müxtəlif bölgələrində şəhid məzarlarını ziyarət etmiş, şəhid və müharibə veteranlarının ailələrinə baş çəkmiş, dini ibadət ocaqlarında maarifləndirmə və milli-vətənpərvərlik mövzularda söhbətlər aparmışlar. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ramazan Bayramı ərəfəsində Ümummilli Liderin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilmişdir

    11 Oktyabr 2012 22:30