Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, Məhərrəm ayı ilə əlaqədar Dövlət Komitəsi bu mövzuda silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Lənkəran, Astara rayonlarında, eləcə də Bakı şəhərinin Sabunçu, Səbail, Binəqədi, Yasamal, Suraxanı rayonlarında keçirilən seminar-müşavirələrdə rayon icra hakimiyyətinin başçıları, Milli Məclisin deputatları, QHT nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini icma rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onun sözlərinə görə, tədbirlərin təşkilində əsas məqsəd milli-mənəvi irsimizin düzgün təbliği, dini mərasimlərin milli-mənəvi dəyərlərimizə və müasir dövrün tələblərinə uyğun keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Bildirilib ki, bu gün keçirilən seminar-müşavirə iştirakçılarının ancaq qadınlar olması cəmiyyətimizdə, ölkəmizin ictimai-siyasi, sosial həyatında qadınların rolunu və mövqeyini göstərir. Y.Əliyeva bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətin avanqard qüvvəsi hesab olunub və taleyüklü məsələlərin həllinə, cəmiyyətin maarifləndirilməsi işinə öz dəyərli töhfəsini verib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə qeyd edib ki, Azərbaycan xalqının milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyətinin göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Şöbə müdiri vurğulayıb ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Zaman keçdikcə, cəmiyyət dəyişdikcə sadəcə din və onun qayda-qanunları, hökmləri dəyişilməz qalır. “Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır. Dini mərasimlər dinimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi, həyat tərzimizi əks etdirməlidir. Düzgün maariflənmə və maarifləndirmə, fərdi şəkildə xurafatla mübarizə, elmimizin və mənəviyyatımızın paralel inkişafı dinimizi xurafatdan, mövhumatdan qoruya və gələcək nəsillərə ötürə bilər”, - deyə E.Kərimova diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, bu gün Azərbaycanda bu sahələr üzrə islahatlar gedir. Xurafat və cəhalətə qarşı mübarizəni isə yalnız dövlətin deyil, cəmiyyətin aparmalı olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, Azərbaycan qadınları gələcək üçün sağlam nəsil yetişdirməlidir. Deputat vurğulayıb ki, bu gün bəzi dini mərasimlərdə savadsız mollaların söhbətləri olur. Bu da yeniyetmələrin dünya görüşlərinə və təfəkkürlərinə təsir edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, İslam cəmiyyətdə faydalı din kimi təbliğ olunmalıdır. Bu işin reallaşmasında vəzifəsindən və statusundan asılı olmayaraq qadınlar daha çox fəallıq nümayiş etdirməlidir. Azərbaycan xalqının yüksək savada və intellektə sahib olduğunu qeyd edən S.Qəhrəmanova deyib: “Yeni nəslə izah olunmalıdır ki, İslam dini qadınlara hüquq verir. İslam tarixinə diqqət yetirdikdə görürük ki, ərəblərin cahillik dövründə körpə qız uşaqlarının diri-diri torpağa basdırılması məhz İslam dininin yayılmasından sonra dayandırılıb. Bu gün ölkəmizdə İslamın qaydalarından kənar, yanlış təbliğat aparan savadsız qrup mövcuddur. Birlikdə bu neqativ halın qarşısını almaq lazımdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat katibliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova bildirib ki, İslam seçilən bir dindir. Dinimizdə gender probleminin olmadığını deyən R.Dadaşova qeyd edib ki, İslam insanlara olduğu kimi çatdırılmalıdır. Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar. Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsilli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.
R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir. O vurğulayıb ki, bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib.
“Erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz. Çox zaman erkən nikahı məhz mollalar bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz”, - deyə Rəhimə Dadaşova diqqətə çatdırıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

    14 Sentyabr 2018 17:08