Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İmişlidə “Sülh aylığı” çərçivəsində “Sülh və sabitlik inkişafın əsas təməlidir” mövusunda tədbir keçirilib

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Sülh aylığı” çərçivəsində  “Sülh və sabitlik inkişafın əsas təməlidir” mövusunda maarifləndirici  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, Mərkəzi Kitabxananın əməkdaşları Kamilə Ələkbərova, İfadə Həsənova və kitabxananın digər əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Kamilə Ələkbərova bildirib ki, Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. O, öz çıxışında insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etməyin zəruri olduğunu vurğulayıb.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov “Beynəlxalq Sülh Günü” haqqında ətraflı məlumat verərək, dünyada və ölkəmizdə İslam dininin sülh və əmin-amanlıq dini kimi qəbul olunduğunu bildirib. O, qeyd edib ki, bu gün ölkəmizdə din dövlətdən ayrı olsa da ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm tədbirlər görülür. Əsaslı təmir olunan və yeni tikilən yüzlərlə məscid və ziyarətgahlar insanların dini inanclarının həyata keçirilməsi üçün dövlət tərəfindən yaradılan şəraitin bariz nümünəsidir. Ölkəmizdə təkcə İslam dininə deyil, digər dinlərə də dövlət qayğısı göstərilir.
Tədbirin sonunda İmişli rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı İfadə Həsənova çıxış edərək belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İmişlidə “Sülh aylığı” çərçivəsində “Sülh və sabitlik inkişafın əsas təməlidir” mövusunda tədbir keçirilib

    14 Sentyabr 2018 17:21