Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dünyasında baş verən münaqişələrin əsasında radikal dini ideyalar dayanır

Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə sentyabrın 14-də öz işini davam etdirib.
Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski mövzunun aktuallığından danışıb. Bildirib ki, radikal qruplar milli-mənəvi dəyərlərimizə zidd çıxışlar edir, gənclərimizi öz məkrli niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirlər. Bütün bunların kökündə dini bilgilərin aşağı olması dayanır. Vurğulayıb ki, məhz buna görə də Dövlət Komitəsinin keçirdiyi bu kimi tədbirlər cəmiyyətdə sağlam dini maarifləndirmə aparılması baxımından çox əhəmiyyətlidir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi qayğı və diqqətdən, milli-mənəvi və dini dəyərlərin təbliği və inkişafı istiqamətində görülən işlərdən danışıb. Natiq daha sonra müsəlman aləmini və bütün dünya ictimaiyyətini narahat edən dini radikalizmdən, İslam coğrafiyasında baş verən münaqişələrin əsasında radikal dini ideyaların dayanmasından, dini radikalizmə qarşı mübarizənin əhəmiyyətindən və metodlarından geniş söhbət açıb. Komitə rəsmisi dini radikalizmə qarşı mübarizədə dini icmaların, din xadimlərinin üzərinə düşən vəzifələr haqqında danışıb.
S.Salahlı, həmçinin müsəlman və radikal insanın xüsusiyyətlərindən bəhs edərək qeyd edib ki, həqiqi müsəlman təhsilli, elmli olan, böyüyə hörmət edib kiçiyə mərhəmət göstərən, Vətənini sevən, eyni zamanda ailəsinə, qadına və başqa dinlərin nümayəndələrinə hörmət edən şəxsdir. Sədr müavini milli və dini kimlik anlayışlarının oxşar və fərqli xüsusiyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib. Həmçinin qeyd edib ki, əgər din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dini radikalizm, yəni dində ifratçılıq yaranar və vətənpərvərllik və milli kimliyimiz unudular.
Seminar-treninqin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini ədəbiyyatlar paylanılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dünyasında baş verən münaqişələrin əsasında radikal dini ideyalar dayanır

    14 Sentyabr 2018 17:10