Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəhid Fərhad Nəsirovun qəbirüstü abidəsi bərpa edilib

Sentyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bərpa edilmiş 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Fərhad Nəsirovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şəhidin ailə üzvləri və silahdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin xalqımız tərəfindən həmişə əziz tutulduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə daim diqqət və qayğının göstərildiyini qeyd edən Mehman İsmayılov şəhid Fərhad Nəsirovun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri və silahdaşları şəhidin qəbirüstü abidəsinin bərpa edilməsinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna dərin minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda şəhidin ruhuna dualar edilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəhid Fərhad Nəsirovun qəbirüstü abidəsi bərpa edilib

    14 Sentyabr 2018 16:50