Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gəncədə “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Sentyabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gəncə şəhərində Məhərrəmlik ayı ilə əlaqədar “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin şöbə müdiri Asif Əliyev Məhərrəmlik ayında maarifləndirici xarakterli tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirib. 
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov Kərbəla şəhidlərinin əsrlərboyu xalqımız tərəfindən hörmət və ehtiramla yad edildiyini bildirib. Gəncə şəhərində daim dini-mənəvi dəyərlərin qorunub saxlandığını qeyd edən M.İsmayılov bu şəhərin tarixi şəxsiyyətlər yetişdirdiyini vurğulayəb. İcraçı direktor dinin siyasiləşdirilməsi cəhdlərinin dini-mənəvi dəyərlərimizə böyük zərbə vurduğunu da diqqətə çatdırıb.
Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev şəhidlik anlayışı, onun mahiyyəti və Aşura mərasimi haqqında danışıb. C.Əliyev Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ şəhidlərinin də bu mərasimlərdə yad edilməsinin vacibliyini vurğulayıb.
QMİ-nin səlahiyyətli nümayəndəsi Tahir Abbasov Mənəvi Dəyərlərin Təbliği Fonduna tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirib.
Sonda xalqımızın firavanlığı və şəhidlərimiz üçün dualar edilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Gəncədə “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

    14 Sentyabr 2018 16:19