Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində birgə tədbirlər həyata keçirəcək

Sentyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.
Rektor Azərbaycan İlahiyyat İnstitutunun yaradılması məqsədi və institutun tədris standartları barədə ətraflı məlumat verib. O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusilə də yəhudilik və xristianlıq haqqında fənlərin tədris ediləcəyini qeyd edərək gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzlərinin, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib. C.Məmmədov gələcəkdə institutun tələbələrinin Nic kəndinə ekskursiyasının təşkilinin, Alban-Udi Xristian dini icması ilə birlikdə seminar və konfransların keçirilməsinin, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması istiqamətində dini ədəbiyyatın nəşrinin nəzərdə tutulduğunu da bildirib. Eyni zamanda Aİİ rektoru bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Azərbaycanda tarixən dinlərarası münasibətlərdə tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini, bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu vurğulayıb.
Daha sonra Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıb. İcma sədri Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, bu sahədə öz vətəninə bağlı mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac olduğunu vurğulayıb və təmsil etdiyi icma ilə İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində birgə tədbirlər həyata keçirəcək

    14 Sentyabr 2018 15:49