Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutuna prorektorlar təyin edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilk prorektor təyinatları həyata keçirilib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin Tədris işləri üzrə prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin ediliblər.
Məlumat üçün bildirək ki, dosent Mübariz Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan dos. M.Camalov ingilis, ərəb və türk dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat üzrə fəlsəfə doktorudur.  A.Şirinov yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan A.Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutuna prorektorlar təyin edilib

    13 Sentyabr 2018 17:06