Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Aşura mərasimləri qanun çərçivəsində keçirilməlidir

Sentyabrın 13-də Suraxanı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu, Yeni Suraxanl qəsəbəsində yerləşən 89 saylı tam orta məktəbdə Məhərrəm ayının gəlişi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Günel Zahidova, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Kamil Həmzəyev, məktəbin direktoru Dadaş Babazadə, məktəbin müəllim heyəti, valideynlər və şagirdlər iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov Aşura mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin vacibliyini vurğulayıb, rayondakı ümumi dini durumdan və rayonda aparılan maarifləndirmə işlərindən bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Günel Zahidova Məhərrəm ayının İslam dinindəki əhəmiyyətindən, Aşura və Tasua mərasimlərinin tarixindən, Kərbəla hadisələrinin mahiyyətindən bəhs edib, gənclərdə sağlam dini düşüncənin formalaşmasında elm və təhsilin vacib rol oynadığını vurğulayıb.
Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Kamil Həmzəyev İslam dininin dəyərlərindən bəhs edib, dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Aşura mərasimləri qanun çərçivəsində keçirilməlidir

    13 Sentyabr 2018 16:27