Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə əməl edilməlidir

Sentyabrın 12-də Lerik Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanlarının, dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə əlaqədar müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin nümunəvi xarakter daşıdığını qeyd edib. R.Bağırov Məhərrəm ayı ilə əlaqədar rayon ərazisində baş tutacaq tədbirlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev və RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova çıxışlarında məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə və ictimai asayiş qaydalarına əməl etməyin vacibliyini bildiriblər.
DQİDK-nin Lənkəran bölgə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında keçirilən maarifləndirmə tədbirləri nəticəsində mərasimlərdə baş yarmaq, qan çıxartmaq, zəncir vurmaq kimi İslam dininə aid olmayan xurafat elementlərinə rast gəlinmədiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə əməl edilməlidir

    13 Sentyabr 2018 16:58