Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İslam dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Sadiq Qinyazlı, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov, dini icma nümayəndələri və gənclər iştirak ediblər.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Daha sonra şıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət-din münasibətlərindən, İslam dininin tarixindən və İslam dəyərlərindən danışıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov rayondakı ümumi dini durumundan və rayonda aparılan maarifləndirmə işlərindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Sadiq Qinyazlı ölkəmizdəki dövlət-din münasibətləri, Məhərrəm ayının İslam dinindəki əhəmiyyəti haqqında məlumat verib və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov Aşura mərasimlərinin tarixindən və Kərbəla hadisələrinin mahiyyətindən bəhs edib, Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə xurafata yol vermədən keçirilməsininin vacib olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

    12 Sentyabr 2018 15:45