Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İnsanın intihara əl atmasının ən böyük səbəbi cəmiyyətdəki dəyərlərdən uzaq olmasıdır

Sentyabrın 11-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “İntihar: səbəblər və onunla mübarizə” mövzusunda konfrans keçirilib.
Mövzu ilə bağlı tədbir iştirakçılarına məlumat verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, son dövrlər dünyada intihar halları geniş yayılıb. İntiharın səbəblərinin fərdlərin cinsinə və yaş kateqoriyasına görə fərqləndiyini deyən M.İsmayılov qeyd edib ki, insanların bu yola əl atmasının ən böyük səbəbi cəmiyyətdəki dəyərlərdən uzaq olmasıdır. Fondun rəhbəri qeyd edib ki, İslamla yanaşı, digər səmavi dinlər də intiharı pisləyir.
Daha sonra intiharın psixoloji səbəbləri mövzusunda çıxış edən psixoloq Rafiq Allahverdiyev deyib ki, son dövrlər intihar dünyada aktual problemə çevrilib. İntiharın psixoloji tərəfini izah edən natiq vurğulayıb ki, bu, fərdin özünü cəmiyyətdən təcrid etməsi ilə bağlıdır. Psixoloji problemi olan insanlar daha çox intihar edirlər. Onların düşüncəsinə görə, cəmiyyətdə heç kəs tərəfindən istənmirlər. Bu səbəbdən onlar problemdən çıxış yolu kimi intiharı görürlər. Bourdin və Esquirol kimi fransız psixiatrlar intiharı patoloji hadisə sayırlar. Esquirola görə, intihar edən insan bu hərəkəti həddindən artıq bir sayıqlama halında edir. Bir təhlükə qarşısında bütün canlılar kimi insanın da atacağı addım özünü qorumaq, təhlükədən qaçmaqdır. Bu qaçma iki şəkildə olur: biri təhlükədən uzaqlaşaraq qaçmaq, digəri isə özünü təhlükənin içinə ataraq qaçmaq. Nevrozlu bir adam təhlükəni açıq şəkildə görə və şərh edə bilmir. O, iki zidd qütb arasında tərəddüd edir və istəmədiyinə doğru yönəlir. Beləliklə, ölüm, yəni, intihar meydana gəlir.
Daha sonra konfrans ekspert və gənclərin müzakirələri ilə davam edib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İnsanın intihara əl atmasının ən böyük səbəbi cəmiyyətdəki dəyərlərdən uzaq olmasıdır

    11 Sentyabr 2018 17:08